Lerik rayonunda Uçan Naməlum Obyekt (UNO) görünüb. SİA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 7-də günorta saatlarında qeydə alınıb. Lerik sakini İnqilab Cabbarlının sözlərinə görə, o, uçan obyektin görüntüsünü mobil telefonun kamerasına çəkməyə müvəffəq olub. Dairəvi formada olan UNO müxtəlif rəngli işıqlar saça-saça bir neçə dəqiqədən sonra gözdən itib.
"Lerik" qəzetinin redaktoru İdris Şükürlü bildirib ki, əvvəllər də Lerik rayonunda bir neçə dəfə UNO-lar müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB