Bəzi KİV-də güya 11 oktyabr 2018 il tarixində dünyada internet nasazlığı olacağı haqqında məlumat dərc olunub. Xəbəri domenlərin və İP adreslər idarəçiliyi korporasiyası bəyan edib.
İnternet istifadəçilərindən bəziləri bu xəbəri zarafat kimi, bəzi insanlar isə ciddi qəbul edirlər. Əksəriyyət isə bu xəbərin cəfəngiyat olduğunu düşünür və narahatlığa heç bir səbəb olmadıqlarını bildirirlər. Amma həmin korporasiya internet şəbəkələrində həqiqətən nasazlıqlar olacağını vurğulayıb və səbəb kimi bildirir ki, 11 oktyabrda internet tarixində ilk dəfə kritoqrafik açarların dəyişəcəyi ilə əlaqədar 48 saat ərzində internetin mühüm resurslarında istifadəsi mümkün olmayacaq.
Müəllif: Zakir Rəhimli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB