Oğlanla görüşdüyünə görə ata 30 yaşlı qızını döyüb

Oğlanla görüşdüyünə görə ata 30 yaşlı qızını döyüb

Dubayda ata görüşə getdiyi üçün 30 yaşlı qızını döyüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, döyülən qız polisə müraciət edərək bildirib ki, atası onu sosial şəbəkədə tanış olduğu şəxsin avtomobilindən düşərkən görüb. Qadın polisə atasından qorxduğunu və onu qoruması üçün polisə ehtiyacı olduğunu söyləyib.

Polis problem həll olunana qədər qadını uşaq və qadınlar üçün fəaliyyət göstərən sığınacaqda yerləşdirib. Məlumata görə, qadın atası, ögey anası və onun oğlu ilə birgə yaşayır. Sosial şəbəkə vasitəsilə özünə dost axtaran qadın bir oğlanla tanış olur. Görüşdən sonra onu evinə ötürən oğlanı görən atası möhkəm qəzəblənərək qızını döyməyə başlayır. Ata polisə ifadə verərək bu cür üsulla qızını "tərbiyələndirmək" istədiyini bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə