Minik avtomobilinin sürücüsü başından ağır zədə alaraq hospitallaşdırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Avtraliyanın şərqində sürücünün kenquru ilə toqquşması nəticəsində baş verib. .
Təfərrüatlara gəlincə, hadisə iki avtomobilin iştirakı ilə Portlend şəhərində qeydə alınıb. Belə ki, 19 yaşlı sürücü Kenqurunu vurduqdan sonra heyvan qarşıdan gələn "Ford Falcon" markalı avtomobilin şüşəsinə atılıb. 32 yaşlı sürücü idarəetməni itirərək maneəyə çırpılıb. "Ford"un sürücüsü başından ciddi zədə alıb. Ona ektrimal tibbi yardım göstərilib və yaralı helikopter vasitəsilə xəstəxanaya çatdırlıb. Hazırda sürücünün vəziyyətinin ağır olduğu bildirilir. Kenqurunun da öldüyü deyilir.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Avstraliyanın Cənubi Uels ştatının tibbi xidməti sürücülərin yollarda həssas olmağı məsləhət görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB