İranlı alimlər: Qaynar çay içmək bu xəstəliyə səbəb olur!

İranlı alimlər: Qaynar çay içmək bu xəstəliyə səbəb olur!

Çayı fincanınıza süzdükdə tüstülənməyini və onu belə qaynar halda içməyi sevirsinizsə, bunun nə dərəcədə ziyanlı olduğunu bildikdən sonra bu vərdişinizdən vaz keçəcəksiniz. Aparılan yeni araşdırmalar qəhvə və çay kimi içkilərin həddindən artıq qaynar şəkildə içilməsinin olduqca zərərli olduğunu ortaya çıxarıb.

İranlı elm adamları alkoqollu içkilər və tütün məmulatları kimi qaynar çayın da yemək borusu xərçənginə səbəb olduğu nəticəyə gəlib. Oddan təzə götürülmüş qaynar içkilər boğazın toxumalarını zədələyir və bununla da xərçəngə yoluxma riski artır.

Tehran Universiteti Tibb elmi araşdırmaçıları tərəfindən aparılan araşdırma “British Medical Journal” adlı tibbi jurnalda da öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə