Dünən axşam Qəzza zolagı sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 1 fələstinli ölüb, 50-dək insan yaralanıb. "Report"un verdiyi xəbərə görə, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Bildirilir ki, Qəzzanın gənc sakini Xan-Yunis şəhərini yaxınlığında güllələnib. Başından yaralanmış iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralıların üçü azyaşlı, ikisi qadın, dördü jurnalistdir. Yaralanan jurnalistlərdən biri Almaniyadan olan reportyordur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB