Çanaqqala On Səkkiz Mart Universitetinin astrofizik araşdırma mərkəzinin rəhbəri, professor Osman Demircan 6 Noyabr tarixində günəşdə baş verən partlayışın təsirlərinin dünyaya çatmağa başladığını bildirib. SİA-nın Türkiyənin "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, o, günəşin maqnetik fəaliyyətinin getdikcə sürətləndiyini söyləyib. Elektronların istiqamətləndirilməsi halında elektrik cərəyanının meydana gəldiyini, güçlü olan elektrik cərəyanının da maqnetik bir sahədə yarandığını deyən Demircan qeyd edib ki, maqnetik sahə günəşin müəyyən hissələrində sıxlaşa bilir. Sıxlaşan maqnetik sahə daha sonra səthə çıxır. Günəşin səthində isə plazma yığılır və vaxtaşırı partlayır. Amma bu yığılan plazma o qədər çox olur ki, kütləsi milyard tonlarla ifadə olunur. Orta hesabla ayda bir dəfə günəşdə bu cür partlayışlar müşahidə olunur.
Türkiyəli alim günəşin bu maqnetik fəaliyyətində davamlı bir artım olduğunu deyir: "Günəşdə 6 ildən bir böyük bir partlama gözlənilir. Bu vəziyyətdə peyklərlə xəbərləşmələr kəsilir və bir müddət əlaqə qurmaq mümkün olmur". Qəzetin yazdığına görə, günəşdə baş verən partlayışlar ən məşhur qiyamət ssenarilərini gündəmə gətirir.
Qiyamət ssenariləri...
2012-ci ildə günəş fırtınası nəticəsində qiyamət qopacaq
Dünyada məşhur elm jurnalı "New Scientist" 2012-ci ilin sentyabr ayında günəş fırtınasının qopacağını iddia edib. Ekspertlər 153 il əvvəl meydana gələn və həyatı iflic edən günəş fırtınasının Şimali Amerika və Avropanı 2012-ci ilin sentyabr ayında vuracağını proqnozlaşdırır. 1859-cu ilin 1 Sentyabrında günəşdən gələn anormal maqnetik enerji səbəbi ilə teleqraf sistemləri tamamilə sıradan çıxmışdı. Bu hadisə baş verəndə gecə saat 02:00 radələri olsa da dünyanın gündüz olduğu kimi işıqlanmasına səbəb olmuşdu. Ancaq ekspertlərə görə, 2012-ci ildə olacağı gözlənilən günəş partlamasının nəticələri 1859-cu ildəkindən daha dəhşətli olacaq.
Bütün dinlər qiyamət gələcək deyir
Səmavi olub-olmamasından asılı olmayaraq bütün dinlərin ortaq nöqtələrindən biri də qiyamətin bir gün mütləq gələcəyi inancıdır. Qiyamət mövzusunda bütün insanları xəbərdar edən səmavi dinlərin müqəddəs kitabları, Quran, İncil və Tövratda qiyamət günü üçün göstərilən ünvan isə eynidir: Səma! İslamın müqəddəs kitabı Quran qiyamətin ulduzların işığının yox olduğu və göyün yarıldığı zaman qopacağını vurğulayır. Xristianların müqəddəs kitabı İncil və yəhudilərin müqəddəs kitabı Tövratda da qiyamətin yenə göylərdən gələcəyi ifadə olunur.
Mayduk planeti faciəsi
2012-ci ildə dünyaya yaxınlaşacağı iddia edilən Mayduk planeti fəlakəti əslində dəqiqləşmiş bir məlumat deyil. Ancaq 1984-cü ildə kütləsi dünyadan çox böyük və tünd qırmızı rəng verən bir göy cisminin Plutonun orbiti yaxınlığından sistemə girməkdə və sürətlə yaxınlaşmaqda olduğu NASA tərəfindən müəyyən edilib. Nəzəriyyələrə görə, eradan əvvəl 3100 illərdəki Mayya, Misir, Sümer kimi qədim dünyanın sivilizasiyalarına aid qeydlərdə göstərilən Mayduk 3661 ildən bir dünyaya yaxınlaşır. Və hər yaxınlaşdığı dövrdə təbii fəlakətləri özü ilə gətirir.
Meteroid dünyanı yox edəcək
Dünyada həyat 600 milyon ildir ki davam edir. Ancaq meteroidlər kimi xarici faktorlar və yer kürəsində baş verən dəyişikliklər 5 dəfə canlıların çoxunun nəsillərinin tükənməsinə səbəb olub. Ekspertlər meteroid və səma cisimlərini gerçək bir təhlükə olaraq görür. Meksikada 65 milyon il əvvəl baş verən meteroid yağışı dinozavrların sonunu gətirib. 1908-ci ildə 50 metrlik bir meteroid Rusiyanın Sibir bölgəsinə düşüb. 1989-cu ildə 300 metrlik meteoroid az bir fərqlə dünyanın yanından keçib. NASA ola biləcək meteoroid yağışının Xirosimaya atılan bombalardan min dəfələrlə böyük nəticələr doğura biləcəyini açıqlayıb. 2010-cu ildə da 10 metrlik meteroidin dünyanın yanından keçməsi isə qiyamət xəbərçiləri arasında böyük həyəcan yaradıb.
Nəhəng vulkanik patlayışlar
Yer kürəsində 4500 milyon ildir sıxışıb qalan elementlər vulkanlar sayəsində gözlənilməyən bir anda partlaya bilir. 1815-ci ildə Tambora dağındakı vulkan partlayışı Xirosimaya atılan atom bombasından bir milyon dəfə daha qüvvətli idi və 90 mindən çox adamın ölümünə səbəb olub. 1991-ci ildə Filippində 10 milyard ton toz atmosferə yayıldı, planetə düşən günəş işığı 3 faiz azalıb. 100 min il əvvəl yaşanan "böyük ölüm" təkrarlana bilər. 1950-ci illərdə rusiyalı ədib İmmanuel Velikovski,"Vuruşan dünyalar" kitabını yazanda hər kəs tərəfindən dəli hesab edilib. Lakin edilən müşahidələrə görə, zamanla planetlərin orbitləri dəyişir və bir-birlərinin cazibə qüvvələri ölçü və sürətə görə artıb- azalır. Fransada aparılan bir araştırmada dünyanın Mars, Venera və Merkuriyə çarpma ehtimalından bəhs edilir. Lakin bu ehtimal gələcək 5 milyard il içində 1 faiz nisbətindədir.
Qlobal istiləşmə dünyanın sonudur
İngiltərənin keçmiş baş nazir Margaret Tetçer 1988-ci ildə iqlim dəyişikliyi səbəbi ilə narahatlığını dilə gətirmiş və bu mövzuda təcili tədbirlərin görülməsi ilə bağlı təklif vermişdi. 20 il sonra isə qlobal istiləşmə özünü daha sərt şəkildə göstərdi. Beynəlxalq toplantılar keçirildi, bununla belə hələ ki bu təhlükənin qarşısının alınması üçün ciddi addımlar atılmır. Araşdırmalara görə dünyada temperatur hər il yüksəlir. Temperaturun yüksəlməsi ilə daha çox su okeandan buxarlanacaq və günəş istiliyinin dünyaya təsiri artacaq. Alyaska Universitetinin apardıqları bir araşdırmada qlobal istiləşmə ilə birlikdə ortaya çıxan metan qazının da təsirinin təhlükə yarada biləcəyi açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB