Aclıq hüceyrələri yeniləyir
Ac qalmaq gəncliyi geri qaytarır. Məlumata görə, bir sutkalıq aclıq bağırsağın kök hüceyrələrinin yenilənməsinə yol açır. Belə nəticəyə ABŞ-ın Massaçuset texnologiya institunun alimləri gəliblər.
Alimlərin apardıqları araşdırmalar göstərib ki, yaş keçdikcə bağırsaq mikroflorası pozulur, infeksiyalara davamlılığı itir və bədxassəli şişlərin yaranması üçün münbitləşir.
Öz təcrübələri üçün elm adamları siçanlardan istifadə ediblər. Onları bir neçə sutka ac saxlayıblar. Bundan sonra bağırsaqda kök hüceyrə götürülüb, 3 D rejimində əkilib. Nəticədə onlar müəyyən ediblər ki, onlardan yağalı turşular ayrılıb, bu onların funksiyasını yaxşılaşdırıb. Hüceyrə yenilənməsinə effektiv təsir edib.
Xatırladaq ki, söhbət kortəbii günlərlə davam edən aclıqdan getmir. İl ərzində müəyyən günlərdə, həkim məsləhəti ilə həyata keçirilən detoks tədbirləri sizi həm gümrah, həm də daha sağlam edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB