Türkiyənin "Hürriyət" qəzeti "Atatürk, vergi və iqtisadiyyat" başlıqlı yazısında Mustafa Kamal Atatürkün prezidentlik maaşının nə qədər olduğuna və nə qədər vergi ödədiyinə toxunub. SİA-nın bu qəzetə istinadən verdiyi məlumata görə, Atatürk ölkədə gəzintilərin birində tarlasında yeri şumlayan bir əkinçi ilə rastlaşır:
- İşind avand olsun.
- Allah razı olsun bəy.
- Xeyir ola, öküzün o birinə nə olub?
- Dövlətə vergi borcumuz var idi bəy, vergi yığanlar qapımızı döyəndə çarəsiz qaldıq, öküzü satıb borcumuzu ödədik.
- Sağlıq olsun ağa, - deyərək Atatürk söhbəti kəsir.
Əkinçinin adının Xəlil Ağa olduğunu öyrənən Atatürk tabeliyində olanlardan birini yanına çağırararaq əkinçini onun yanına gətirilməsini tapşırır. Xəlil ağa səhər gələndə Atatürk ondan xahiş edir ki, bu vergi məsələsini yenidən danışsın. Xəlil Ağanın söylədiklərindən sonra Atatürk hirslənərək üzünü İsmət Paşa və Şükrü Kayaya tutur: "Yoldaşlar, biz istiqlal döyüşünü Xəlil Ağanın öküzünü sataq deyə aparmadıq. Vətəndaşı beləmi qoruyacağıq? Lazım olsa vergi borcu təxirə salına bilər. Kəndlinin əkin üçün istifadə etdiyi öküzü əlindən almaq olmaz".
Pul və var-dövlətə meyli olmayan Atatürkün prezidentlik maaşı və təqaüdündən başqa gəliri yox idi. Prezidentlik maaşı 1927-ci ilə kimi 7 min lirə idi. 1927-ci ildə buna yeni bir qanun ilə 2 min 480 lirə əlavə olunur. 1927 və 1928-ci ildə bu gəlirindən cəmi 453 lirə, 1929 və 1930-cu ildə 724 lirə, 1931-ci ildə 1293 lirə vergi tutulur. 1932-ci ildə qəbul olunan bir qərar ilə yüksək maaş və ödənişlərə ağır vergi qoyulur. Bununla da Atatürkün maaşından tutulan vergi 5401 lirəyə çıxır və ona çatan məbləğ ayda 9078 lirə olur.
Atatürk müharibə dövründə belə iqtisadiyyatın əhəmiyyətli olduğunu vurğulayaraq iqtisadiyyatın dayanmamasının lazım olduğunu bildirir və "iqtisadiyyat varsa, insan vardır, dövlətə də gəlir vardır" deyirdi. Atatürkün 17 Fevral 1923-cü ildə İzmirdə keçirilən İqtisadiyyat Konqresində "İqtisadiyyata birinci dərəcəli əhəmiyyət vermək məcburiyyətindəyik. İqtisadiyyat hər şey deməkdir... İnsan varlığı üçün nə lazımdırsa, onların hamısı deməkdir. Əkinçilik deməkdir, ticarət deməkdir, iş deməkdir" sözləri ilə iqtisadiyyatın əhəmiyyətinin dəqiq tərifini vermişdi.
Atatürkün öldüyü gün, İstanbul Universitetində dərs deyən bir alman professoru otağa daxil olduqda tələbələrin kədərli olduğunu görür. Professor rektora zəng edərək "bu gün dərs verə bilməyəcəyəm, nə məsləhət verirsiniz?", deyir. Rektor xarici professora cavabında deyir ki, sizin ölkənizdə böyük bir adam öləndə nə edirlərsə, onu da edin. Rektorun sözlərinə xarici professorun cavabı isə bu olub:
-Almaniyada heç vaxt bu qədər böyük bir adam ölməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB