Elm adamları tibb sahəsində yeni inkişafa imza atıb - Maraqlı

Elm adamları tibb sahəsində yeni inkişafa imza atıb - Maraqlı
Kanadalı elm adamları insan dərisindən qan hüceyrələri əldə edərək tibb sahəsində yeni cığır açaraq inkişafa imza atıblar. SİA-nın xəbərinə görə, insan dərisindən sağlam qan hüceyrələri əldə edilib ki, bununla da qan xərçəngi başda olmaqla bir çox xəstəliklərin sağalmasına ümidlər artıb.

Kanadanın Hamilton şəhərindəki McMaster Universitetinin araşdırmaçıları bir qan xərçəngi xəstəsinin dərisindən genetik mutasiyaya uğramayan sağlam qan hüceyrələri çıxardıqlarını bildiriblər. Universitet tərkibindəki Kök Hüceyrə və Xərçəng Araşdırmaları İnstitutunun elmi direktoru Mike Bhatia bildirib ki, insan dərisindən istifadə edərək bu nəticə əldə olunub: "Bunun necə işlədiyini bilirik və müddəti daha da inkişaf etdirə biləcəyimizə inanırıq. Bu müvəffəqiyyətdən aldığımız cəsarətlə, insan dərisindən başqa növ hüceyrələr əldə edə bilərik. Bunun üzərində çalışacağıq".

Qan xərçəngi olan bir xəstədən götürdükləri dərini bir ay boyunca zülal və qan quruluşlu hüceyrələrlə yuduqlarını deyən Bhatia sonunda qan çıxardıqlarını, qaynağı özü olduğu üçün qanı xəstə bədəninin rədd etməsinin mümkün olmadığını qeyd edib.

Elm adamları, bu nəticəyə çatmaq üçün təxminən iki ildir dəyişik yaşlardakı insanların dəriləri üzərində təcrübələr edib. Xəstənin öz dərisindən qan çıxarıla bilməsi sayəsində, anemiya, leykoz və bəzi xərçənglərin müalicəsi asanlaşacaq. Klinika sınaqlara 2012-ci ildə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə