Ağıllı telefonlar meymunların ölümünə səbəb olur

Ağıllı telefonlar meymunların ölümünə səbəb olur

Elm adamları insan DNT-si ilə 99 faiz uyğun gələn böyük meymunların həyatı üçün gözlənilməz təhlükə aşkarlayıblar. Ecoportal saytı xəbər verir ki, smartfonların və oyun konsollarının istehsalı zamanı istiyədavamlı koltan mineralı (kolumbit-tantalit) istifadə olunur. Bu mineralın aşkarlanmış ehtiyatının 80 faizi Afrikada, Konqo Demokratik Respublikasının meşələrindədir. İnsanabənzər meymunlar da həmin ərazilərdə yaşayırlar.

Bioloq Kreyq Stenford deyir: “Yerli sakinlər çaylarda çox aşağı texnoloji səviyyədə koltanı qızıl kimi yuyurlar. Onlara bu minerallara görə pul ödənmir, əvəzində ov və ərzaq üçün tüfəng və patronlar verilir. Nəticədə onlar meymunları ovalayırlar”.

Ağıllı telefonlar, həmçinin heyvan ticarətində dəyişikliyə də səbəb olub.

Phys.org nəşri tədqiqatçı Ceyms Askyunun sözlərini yayımlayıb: “Siz İnstaqramda bir oranqutan seçə və sadəcə 50 dollar qarşılığında ala bilərsiniz”.

Heyvanlar brakonyerlər tərəfindən və böyüdükdən sonra ekzotik ev heyvanlarının icarəyə verildiyi heyvan ticarəti mərkəzlərindən gətirilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə