Hazırda dünya əhalisinin 90%-nin mobil şəbəkələrə çıxışı var

Hazırda dünya əhalisinin 90%-nin mobil şəbəkələrə çıxışı var
Beynəlxal Rabitə Birliyinin (International Telecommunication Union, ITU) dərc etdiyi hesabata əsasən, hazırda yer kürəsi əhalisinin 90%-inin mobil şəbəkələrə çıxışı var. SİA-nın verdiyi xəbərə görə, 2010-cu ildin sonunda mobil operator abunəçilərinin sayı 5,8 milyard nəfəri keçəcək.

Qeyd edək ki, bunun 3,8 milyard nəfəri inkişaf etməkdə olan ölkələrdə yaşayır. Bununla belə, inkişaf etməkdə olan ölkələrdə mobil rabitədən istifadə səviyyəsi 68% (2010-cu ilin sonunda 73%-ə çatacaq) təşkil edir. İnkişaf etmiş ölkələrə gəldikdə isə, burada hər yüz sakinə 114 mobil telefon düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə