Baş nazir kiçik yaşlı qızlarla birlikdə olmaqda ittiham edilir

Baş nazir kiçik yaşlı qızlarla birlikdə olmaqda ittiham edilir

İtaliya baş nazir Silvio Berluskoni ilə bağlı yeni skandalla silkələnir. SİA-nın məlumatına görə, baş nazir kiçik yaşlı qızlarla birlikdə olmaqda ittiham edilir.

İtaliya mediasının xəbərinə görə, prokurorluq Berluskoniyə aid "Medyaset"də çalışan xəbər müdiri və televiziya meneceri haqqında cinayət işi qaldırıb. Bu şəxslər Berluskonini kiçik yaşlı qızlarla görüşdürməkdə ittiham edilir.

Berluskoni isə Napolidə yaşanan zibil problemi ilə bağlı keçirdiyi mətbuat konfransında bu barədə danışmaq istəmədiyini bidlirib. Baş nazir "Həqiqi zibil haqda danışmaq üçün buradayam. Media zibilliyini isə sizə buraxıram" deyib

Bütün xəbərlər Facebook səhifəmizdə