Internet Explorer-9-un yenilənmiş versiyası təqdim olundu

Internet Explorer-9-un yenilənmiş versiyası təqdim olundu
Microsoft korporasiyası bu il onun Redmonddakı qərargahında təşkil olunan PDC 2010 peşəkar tərtibatçıların illik konfransı çərçivəsində Internet Explorer 9 brauzerinin yenilənmiş test versiyasını təqdim edib. Platform Preview 6 adlı yeni versiya cari ilin iyul ayında buraxılmış əvvəlki beta-versiyadan daha stabil olmasa da, daha yeni kodlar bazasında işlənib hazırlanıb.

IE 9-un köməyi ilə Microsoft istifadəçilərin rəqib şirkətlərin həllinə keçməsinin qarşısını almaq niyyətindədir. Yenilənmiş test versiyası vasitəsilə proqramçılar və veb-dizaynerlər öz işləmələrinin və veb-saytlarının IE9 brauzeri ilə uyğunluğunu yoxlaya bilərlər.

Yeni versiyada əlavə olunan imkanlar arasında JavaScript-in təkmilləşdirilmiş məhsuldarlığını, eləcə də CSS 2D transformasiyasının və HTML5 kodunun semantik teqlərinin dəstəklənməsini qeyd etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə