Kompüter təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış “DarkMatter” beynəlxalq təşkilatının mütəxəssisləri öz sahibini izlənilməkdən mühafizə edən smartfon hazırlayıblar. Bunun üçün hər hansı bir şəxslə məxfi söhbət zamanı qadcetin mikrofon və kamerasını söndürmək lazımdır.
Bu barədə dni24.com saytı məlumat yayıb. Xəbərdə deyilir ki, “Android” əməliyyat sistemi ilə işləyən “Katim” smartfonu zənglərin, internet vasitəsilə göndərilən və qəbul edilən ismarıcların şifrələnməsini təmin edə bilir. Qadcet mobil sənayenin ən böyük sərgisi olan “Mobile World Congress”də nümayiş etdirilib.
Böyük şirkət və ya təşkilatlarda əhəmiyyətli danışıqlar aparılan zaman məlumat sızmasının qarşısının alınması üçün iştirakçılardan öz smartfonlarını başqa yerdə qoymaq tələb edilir. Yeni smartfon bu kimi vəziyyətlərdə mühafizəni təmin edə bilər. Bunun üçün smartfonun yan panelində yerləşən düyməni basmaq lazımdır ki, onun mikrofon və kamerası avtomatik olaraq sönsün.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB