“İntel” Asiyada mikrosxemlərin istehsalı üzrə ilk fabrikini açıb

“İntel” Asiyada mikrosxemlərin istehsalı üzrə ilk fabrikini açıb

"İntel" korporasiyasının mikrosxem istehsalı üzrə Asiyada ilk fabriki istifadəyə verilib. SİA-nın məlumatına görə, yeni istehsalat obyektində server, noutbuk və stolüstü kompyuterlər üçün mikroprosessorlar hazırlanacaqdır.

Çinin Dalyan şəhərinin iqtisadi və texniki inkişaf zonasında yerləşdirilmiş fabrikin yaradılması şirkətə 2,5 milyard ABŞ dollarına başa gəlib. Fabrikin istehsalat otaqlarının ümumi sahəsi 163 min kvadratmetrdir.

Yeni istehsalın başlanması ilə yanaşı, "İntel" yerli əmək resurslarının inkişafı istiqamətində təşəbbüslər də təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə