Windows 7-nin varisi 2012-ci ilin sonunda buraxılacaq

Windows 7-nin varisi 2012-ci ilin sonunda buraxılacaq

Microsoft korporasiyası yeni Windows əməliyyat sisteminin (ƏS) təxmini buraxılma tarixini açıqlayıb. SİA-nın məlumatına görə, belə ki, yeni Windows 8 2012-ci ilin sonunda buraxılacaq və hazırkı Windows 7 stolüstü əməliyyat sisteminin hüquqi varisi olacaq.

8-ci versiyanın təxmini buraxılma tarixi barədə elan edən şirkət bununla yanaşı əməliyyat sistemi barədə heç bir əlavə məlumat təqdim etməyib. Qeyri-rəsmi məlumatlara əsasən, Windows 8-də Microsoft ƏS-nin yüklənmə sürətini yüksəltmək, sistemin gözləmə rejimdən çıxma vaxtını azaltmaq, enerji sərfiyyatı effektivliyini artırmaq, eləcə də personal kompyuter istehsalçılarına, öz kompyuterlərini əvvəlcədən qurulmuş Windows 8 ƏS ilə daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim etməyi düşünür.

Həmçinin qeyri-rəsmi xəbərlərə görə, Microsoft 8-ci versiya üçün Apple App Store kimi proqramlar mağazasının analoqunu yaratmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə