Noyabrın sonunadək Gəncə və Şirvanda rəqəmsal televiziya ötürücülərinin quraşdırılması başa çatacaq

Noyabrın sonunadək Gəncə və Şirvanda rəqəmsal televiziya ötürücülərinin quraşdırılması başa çatacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) tərəfindən noyabrın sonunadək Gəncə və Şirvanda rəqəmsal televiziya ötürücülərinin quraşdırılması başa çatdırılacaqdır. Nazirlikdən SİA-ya verilən məlumata görə, sonra bu işlər Ağsu rayonunda davam etdiriləcək və bütün Aran zonası rəqəmsal televiziya ilə əhatə ediləcəkdir.

"Teleradio" İB Almaniyanın "Rohde & Schwarz" şirkəti ilə rəqəmsal ötürücülərin alınmasına dair müqavilə imzalayıb. Yaxın vaxtlarda analoq televiziya avadanlığının alınmasına dair də müqavilə imzalanacaqdır.

Bundan başqa, regional səviyyədə 10 telekanaldan ibarət sosial paketin tətbiqi planlaşdırılır. Bu paketə əsasən Azərbaycan kanalları daxil ediləcəkdir. Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti , "İdman Azərbaycan" telekanalı və "Lider" TV-nin verilişləri rəqəmsal formatda təqdim edilir. Yaxın vaxtlarda bu sistemə "Xəzər" telekanalı da qoşulacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə