İnsanın təfəkkür tərzi onun musiqi zövqünü müəyyənləşdirir. Dörd min adam arasında aparılmış sorğu dünyanın qanunauyğunluğu və quruluşu mexanizmlərinə daha çox diqqət yetirən şəxslərlə insani münasibətləri ən vacib hesab edənlərin zövqləri arasındakı təzadı üzə çıxarıb. Tədqiqatların nəticələri “PLoS One” jurnalında təqdim edilib.
Kembric Universitetinin psixoloqları istinad nöqtəsi kimi Saymon Baron-Koenin empatiya-sistemləşdirmə nəzəriyyəsini əsas götürüblər. Bu alim insanları sistemləşdirməyə (səbəb-nəticə əlaqələrini başa düşmək və qanunauyğunluğu tapmaq bacarığı) və empatiyaya (qanunauyğunluğdan kənar hal kimi qəbul edilən qeyri-xətti mürəkkəb sistemin davranışını öncədən söyləməyə kömək edən) daha çox meyilli insanlar kateqoriyasına bölməyi təklif edir. Birincilər təbii və dəqiq elmlər, mexanizmlərlə işləmək sahəsində daha çox bacarıqlı olduqları halda, ikincilər başqa insanlara daha yaxşı təsir göstərir, onların rəftarlarını hiss edir və başa düşürlər.
Alimlər “Facebook”un istifadəçiləri çoxsaylı psixoloji testlərdən keçməyə məcbur edən “myPersonality” əlavəsi vasitəsilə dörd min könüllünü tədqiqata cəlb ediblər. Ayrı-ayrı musiqiçilər və onların əsərlərinə gözlənilməz şəxsi bağlılığı minimuma endirmək üçün könüllülərdən 26 janr və alt-janrda 50 musiqi əsərini dinləmək və qiymətləndirmək xahiş olunub.
Empatiyaya meyilli insanlar yumşaq və sadə musiqinin, o cümlədən soft-rok, kantri, folk, elektronika, europop musiqisinin həvəskarları olublar. Onlara ağır və pank-rok, ağır metal janrı xoş gəlməyib. Sistematiklərin zövqü bunun tam əksi olub. Bu fərqlər ayrı-ayrı üslublar çərçivəsində də davam edib: empatiyaya meyillilər yumşaq və sadə, sistematiklər mürəkkəb və avanqard caza üstünlük veriblər.
Bundan əlavə, empatiya şkalası üzrə yüksək göstəricilərin sahibləri az enerjili musiqini (düşündürücü, kamera melodiyaları), qəmli və melanxolik kompozisiyaları, habelə emosional məzmunlu əsərlərə üstünlük veriblər. Sistematiklərə daha çox enerjili, şən, aqressiv və intellektual musiqi xoş gəlib.
Psixoloqların gəldiyi nəticənin musiqi biznesi üçün praktik əhəmiyyəti var. Tədqiqatın həmmüəllifi, saksofonçu Devid Qrinberqin fikrincə, “Spotify” və “Apple Music” kimi striminq xidmətindən istifadə edənlər üçün musiqi seçən alqoritmlərə çox vəsait sərf olunur. İnsanın koqnitiv tipini bilən bu xidmətlər daha keyfiyyətli melodiyalar tövsiyə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



