Neolit dövrünə aid büllur silahlar tapılıb

Neolit dövrünə aid büllur silahlar tapılıb

İspaniyada arxeoloqlar eramızdan əvvəl 3500 ilə məxsus büllur (xrustal) silahlar tapıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, axtarış zamanı tapılan 25 ədəd büllur materiallı ox üçün başlıq, xəncər və digərlərinin neoloq dövrünə aid olduğu deyilir.

Arxeoloqlar bildiriblər ki, büllür xəncərin uzunluğu 214, eni 59, qalınlığı isə 133 mm-dir.

Axtarış zamanı silahlarla yanaşı bahalı qədim geyimlər də tapılıb. Geyimlərin də minlərlə muncuq və təsbeh daşlarından ibarətd olduğu deyilir.

Arxeoloqlar qeyd ediblər ki, axtarış aparılan ərazidə büllur hazırlamaq üçün şərait olmadığından tapılan əşyalar mühüm şəxs üçün xüsusi gətirilə bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə