11 yanvar tarixini ilin ən nəzakətli günü hesab etmək olar. Belə ki, bu gün Beynəlxalq "təşəkkür" günü kimi qeyd olunur. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
Minnətdarlıq ifadə edən sözlər sehrli xüsusiyyətlərə malikdirlər. Onların köməyi ilə insanlar bir-birinə sevinc bəxş edir, diqqətlərini ifadə edir və müsbət emosiyalarını çatdırırlar. Hansı ki bu sözlərsiz bizim həyatımız darıxdırıcı və sıxıcı olardı. Təsadüfi deyil ki, bir çox turist kitabçalarında və təlimatlarda turistlərə gedəcəkləri ölkədə təşəkkür etməyi şivəlidə olsa, həmin ölkənin dilində etmək məsləhət görülür. Çünki, bu, turistlərə gedəcəkləri ölkədə xidmət keyfiyyətini yaxşılaşdırmağa, sürətli dialoq tapmağ və sakit və xoş bir bayram qurmağa kömək edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB