Qoç - inanın ki, hər şey yaxşıdır. Qüvvənizə və potensialınıza inansanız, yaxşı nəticələr əldə edə bilərsinz. Ünvanınıza çoxsaylı tənqidlər səslənəcək. Belə tənqidləri qulaqardına vurun, gərəkli bildiyiniz kimi hərəkət edin. Günün ikinci yarısında yeni sifariş və ya maraqlı təklif istisna deyil. Məntiqli davransanız, gəlirləri artırmaqla yanaşı, peşəkar fəaliyyət sahəsindəki mövqeləri daha səbatlı edə bilərsiniz. Ciddi təmaslara can atırsınızsa, şəxsi münasibətlərdə önəmli dəyişikliklər olacaq.
Buğa - günün ilk yarısı tərəfdaşlıq və əməkdaşlıq üçün əlverişlidir. Ünsiyyət pis olmayacaq. Mürəkkəb sayılmayacaq işə başlayın. Ciddi, ağır layihə və ya sifarişin reallaşmasını bir qədər ertələyin. Bu gün sizə maneələr yaradacaq çox məqamlar var. Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Özünüzü qoruyun. Ağır fiziki iş, yorucu məşğuliyyət məsləhət deyil. Yeməyinizə fikir verin. Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər - uğur əldə etmək üçün ehtiyatı unutmayın. Həddən artıq çalışmayın, özünüzü ifrat dərəcədə yormayın. Fəaliyyətinizdə rasionallıq olmalıdır. Hesabatlarda və sənədləşdirmədə diqqətli olun. Günün ikinci yarısında ailə qarşısında borc hissi sizi radikal addımlar atmağa vadar etməsin. Məişət problemlərini həll edəndə təmkinli olun. Qaba və kobud davranmayın. Hisslərinizi cilovlamağınız məsləhətdir.
Xərçəng - çoxdan bəri nəzərdə tutduğunuz məsələni indi gerçəkləşdirmək olar. Uzun müddət görmədiyiniz insanla qarşılaşacaqsınız. İntuisiyanızın səsini dinləyin. O səs sizi aldatmayacaq, bir çox problemlərin həllində yardım edəcək. Alış-veriş etmək olar. Simiclik etməyin. Axşam saatlarını ailəvi istirahətə həsr edin. Qonaqlar sizdə pozitiv əhval-ruhiyyə yaradacaqlar.
Şir - günün ilk yarısı əlverişli və sərfəli zamandır. Zəhmətkeş olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün maneələri dəf edin. Həmkarlarınız və işgüzar tərəfdaşlarınızla münasibətlərinizin harmonik ollmasına can atın. Günün ikinci yarısında münaqişə başlasa belə, onun alovlanmasına imkan verməyin. Şəxsi münasibətlərdə xoşagəlməz hallar və ya yaxınlarınızla təmaslarda çətinliklər yaranarsa, nöqsanlarınızı aradan qaldırın. Ailə problemlərinin həlli üçün konkret addımlar atın.
Qız - xəyallar və illüziyalara qapılaraq reallıqdan uzaqlaşmayın. Mühüm qərarın qəbulunu, sənəd imzalanmasını ertələyin. Çox yaxın vaxtlarda fikrinizi dəyişməyiniz, mövqeyinizdə yeniliklər etməyiniz istisna deyil. Tələsik qərarların heç bir mənası yoxdur. Günün ikinci yarısında yarımçıq işləri başa vurun, planları gerçəkləşdirin. Situasiya çətin olsa da, irəliləməyə çalışın. Yaxınlarınızı sevindirin. Axşam saatlarını evdən kənarda keçirə bilərsiniz.
Əqrəb - yaşam enerjinizin səviyyəsi yüksəkdir. Bundan yararlanmağa çalışın. Özünüzü əsl peşəkar kimi göstərin. İşgüzar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə problemlərin həllində yardımlara ehtiyacınız varsa, məsləhətlərdən istifadə edin. Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Maraq göstərdiyiniz insanlarla təmasları fəallaşdırın. Dostların sayını artırın. Tərəfdaşlarla intensiv əməkdaşlıqda fayda var. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oxatan - gördüyünüz işə yaradıcı yanaşın. Rəqiblərdən üstün və təcrübəli olduğunuzu göstərin. Aktiv olsanız, problemləri həll edə biləcəksiniz. Xarici görünüşünüzə fikir verin. Unutmayın ki, paltara görə qarşılayıb ağıla görə yola salırlar. Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Amma yalnız gərəkli, büdcənizə zərbə vurmayacaq əşyalar alın. Yaxınlarınızla situasiya ideal vəziyyətdən uzaqdır. Təmasları yaxşılaşdırın.
Oğlaq - səlahiyyət və məsuliyyət sahəsini genişləndirmək olar. Adət etmədiyiniz, alışmadığınız işlə məşğul olmaq məcburiyyətində qala bilərsiniz. Narahat olmayın, yaxşı təcrübə əldə edəcəksiniz. Yaşamınızın müəyyən sahələrində paradoksal situasiya yarana bilər. Günün ikinci yarısında yaxınlarınızdan birinin yardıma ehtiyacı var. Ona kömək etsəniz, münasibətlərdə nikbinlik bərqərar olacaq, anlaşılmazlıqlar aradan qalxacaq. Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Dolça - yaşam enerjinizi məqsədə çatmaq üçün effektiv variantların reallaşdırılmasına yönəldin. Peşəkar fəaliyyətinizdən kənar sahədə izafi aktivlik etməyin. İşdə sosial şəbəkələrdə vaxt keçirməyin, telefonla uzun danışmayın. Günün ikinci yarısında şəxsi münasibətlərdə həssas və diqqətli olun. Ailə üzvlərinizdən birinin problemində suçlu aramayın. Şəraitdən asılı olmayaraq səmimi, qayğıkeş insan təsiri bağışlayın. Subaysınızsa, taktikanı dəyişmək zamanıdır.
Balıqlar - mənasız və səbəbsiz risk etməyin, kiçik məsələlərə görə qıcıqlanmayın. Belədə gününüz pis keçməyəcək. Başladığınız işlərdə ehtiyatlı olun. Cari və rutin məsələlərdə sərvaxt davranın. Maraqlı görüş, tanışlıq ola bilər. Yeni ünsiyyətlər perspektivlidir. Günün ikinci yarısında bəzi təmaslar ümidlərinizi doğrultmayacaq, ünsiyyətdə problemlər yaranacaq. Uzaq səfərə yollanmaq, yola çıxmaq üçün münasib deyil. Mühüm məsələləri adət etdiyiniz, komfortlu şəraitdə müzakirə edin.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



