Bu ilin yanvar ayından “WhatsApp” messenceri əməliyyat sistemləri köhnəlmiş bir sıra cib cihazlarında fəaliyyətini dayandıracaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, söhbət “Windows 8.0” mobil versiyasından, “BlackBerry 10” və “BlackBerry OS” kimi daha köhnə əməliyyat sistemlərindən gedir.
Tərtibatçıların sözlərinə görə, bu söndürülmə mərhələli şəkildə baş tutacaq. Ancaq bununla belə, sonucda “WhatsApp” bütün qeyri-populyar cihazlarda fəaliyyətini dayandıracaq.
Bundan başqa, yeni başlayan ildə populyar messencer “Nokia S40” platformasını da dəstəkləməyi dayandıracaq. 2020-ci ildə isə “WhatsApp” “Android 2.3.7” və daha köhnə versiyalarla idarə olunan smartfonlarda da çalışmayacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB