ŞOK İDDİA: 37 yaşında ana olan qadınlar uzun ömürlü olurlar

ŞOK İDDİA: 37 yaşında ana olan qadınlar uzun ömürlü olurlar

Adətən cəmiyyətdə gec ana olmağın mənfi cəhətləri müzakirə olunur, ancaq alimlərin ortaya çıxardıqları məlumat bütün bu “mənfilərin” üzərindən xətt çəkib. Rusiya mətbuatının yazdığına görə, ekspertlər iddia edirlər ki, 33-37 yaşlarında ana olan qadınların uzun ömür yaşamaq şansı daha çoxdur.

Danimarkalı alimlərin araşdırmasında 4800 nəfər iştirak edib. Alimlər uzun ömürlülüyün dəqiq səbəbini izah edə bilməyiblər. Amma ehtimal edilir ki, gec ana olmuş qadınların sağlamlıqları daha yüksəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə