Dünya əhalisi yaşlanır və bu gözlənilənlərlə müqayisədə daha sürətli reallaşır. SİA-nın "New York Times"ə istinadən verdiyi məlumata görə, hal-hazırda dünya əhalisi yaşı 28-dən aşağı və yuxarı olmaqla iki yerə bölünür. 21-ci əsrin əsrin ortalarında bu rəqəm 40 olacaq. Proseslərin bu şəkildə inkişafı ona gətirib çıxaracaq ki, 2018-ci ildə yaşı 65-dən yuxarı olan insanların sayı beş yaşındakı uşaqların sayını üstələyəcək.
İqtisadiyyatda qloballaşma əhalinin yaşlanması ilə birlikdə sürətlənir. Eyni zamanda dünya əhalisi də qloballaşmanın sürətlənməsi ilə daha sürətlə yaşlanır. Bu inkişaf isə beynəlxalq rəqabətdə ölkələrin zənginlik və rifahına əhəmiyyətli dərəcədə təsir edir. ABŞ və digər zəngin ölkələr yaşlanan əhalisinin sağlamlıq ehtiyaclarını ödədiyi və yoxsulluqla mübarizə apardıqları zaman malik olduqları iqtisadi tarazlığı itirir.
Bu prosesin ən yaxşı müşahidə edildiyi yer isə Çindir. Artan iqtisadi zənginlik 100 milyonlarla gənci Pekin və Şenzen kimi meqapolislərə topladı. Çin daxilində nəhəng fabriklər tikməyə başlayan şirkətlərdən "Foxconn Technology" bu gün yaşı 25-dən aşağı olan təxminən 920 min işçi işlədir. Yaşlı işçilər isə qloballaşan iqtisadiyyatdan kənarda qalır. Ancaq 2015-ci ildə Çində yaşı 65-dən aşağı olan işçi əhali əriməyə başlayacaq. Yaşı 65-dən çox olan insan sayının 300 milyon olacağı 2050-ci ildə isə Çin ABŞ-dan daha yaşlı bir xalq olacaq. Bu prosesi tərsinə çevirə bilmək üçün isə Çin əhalisi hələ gənc ikən dünyanın istehsal və sərmayəsini özünə çəkməyə çalışır. Bunu da əsas olaraq gənc işçilərin maaşını azaldaraq və sağlamlıq sığortasını etməyərək edir. Bir sözlə, imtiyazlardan məhrum və ödəmələrə laqeyd olan bir işçi sinfi meydana gətirilir. Pullarını Çinə yatırdan və ya Çindən ucuz mal alan ölkələr isə bu ölkədəki tarazlığa uyğunlaşmanı təmin etmək üçün öz torpaqlarındakı yaşlı işçilərdən xilas olmağa çalışır.
Cəmiyyətlərdəki yaşlanma sərmayənin qlobal sahədəki istiqamətini dəyişdirir. Yüksək maaşlı yaşlı işçilərə sahib ölkələr, daha çox pul gətirən gənc iqtisadiyyatlara investisiya qoyur. Çin gənc işçi qüvvəsi sayəsində aşağı xərcli ekosistemini qoruyur və gənc bir iqtisadiyyatdan gəlir əldə etmək istəyən xarici investisiyalardan fayda götürür.
Qloballaşmanın iki faktoru cəmiyyətlərin sürətli yaşlanmasında rol oynayır. Bunlardan birincisi inkişaf edən səhiyyə texnologiyası, tibbi biliklərin artması ilə insanların orta yaş müddətinin artmasıdır. Bir başqa məqam isə yaşlanan cəmiyyətlərin daha az uşağa meylli olmasıdır. Qlobal iqtisadiyyatın istiqamətləndirilməsində söz sahibi olmaq istəyən inkişaf etməkdə olan ölkələr kiçik ailələri təşviq etmək üçün iki üsuldan istifadə edir: Gənc qadınlara təqdim edilən təhsil və iş imkanları artır, şəhərləşmə yayılır. Şəhərlərdə yerləşən qadınlar isə çox uşaqdan qaçır. Digər tərəfdən isə uşaq böyütmək getdikcə daha çox pul tələb edir. Miqrasiya da gənc əhalisi olan ölkələri getdikcə yaşlaşdırır. Bu gün İspaniyada əhalininin 12 faizini təşkil edən immiqratların əksəriyyəti Ekvadordan gəlir. Məlumdur ki, immiqrantların əksəriyyəti də gənclərdən ibarət olur. Ekvador isə ölkədə qalan yaşlı əhalisi ilə inkişafdan qalır.
Qloballaşma və yaşlanan əhalinin təsirini hiss edən ABŞ-ın iş bazarı 2001 və 2007-ci illər arasında Çinə 2,3 milyon işçini verməyə məcbur olub. Ən çox itkini isə aşağı qabiliyyətli yaşlı işçilərin işlədiyi istehsal sektoru verdi. Yeni təcrübə əldə etməkdə çətinlik çəkən yaşlı əhali daha çətin iş axtarışında olur və aşağı ödənişə razı olur. Keçən ilin dekabr ayında ABŞ-da yaşı 55-dən çox olanların işsizlik sayı 331 faiz artdı. 2007 ilə 2010-ci illər arasında iş axtaran və yaşı 55-dən yuxarı olanların sayı isə beş dəfə artdı. Digər tərəfdən ABŞ digər inkişaf etmiş ölkələrlə müqayisədə yaşlı əhaliyə elastiklik tələb edən iş alternativlərini daha müvəffəqiyyətlə təqdim edə bilir.
Dünyanın yenidən cavanlaşma ehtimalı yaxın gələcək üçün çox aşağı qiymətləndirilir. Dünya yaşlandıqca bu dəyişmənin ölkələrə necə təsir edəcəyinə, ölkələri zəiflədəcəyinə və yaşlı insanların cəmiyyətdən kənarlaşdırılma ehtimalına diqqət yetirmək lazımdır. Yaş ilə eyni zamanda artan xərclər ABŞ-da maliyyə narahatlığına səbəb olduğu halda, Avropada təqaüdləri vermək istəməyən hökumətlərə etiraz olaraq insanlar küçələrə tökülür. Əgər yaşlanan cəmiyyətlərlə iqtisadi faktorların necə kəsişdiyini başa düşsək, yaşlı və gənc əhalidən eyni şəkildə faydalana bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB