Bananlı "Yolka"

Beyrutun cənubunda yerləşən Damur şəhərində 5 min banandan ibarət 8 metr hündürlüyə malik şam ağacı qurulub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şam ağacanın qurulması üçün 1.2 min kiloqram, 5 min banan istifadə olunub.

Məlumata görə, gələn il banandan daha hündür şam ağacının qurulması nəzərdə tutulur.

Şəhərin rəhbərliyi bananları tam yetişib sarı olduqdan sonra pulsuz olaraq şəhər vətəndaşlarına paylamağı planlaşdırır.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Livan bələdiyyələri xrsitianların yaşadığı əraziləri Milad bayramı münsaibətilə bəzəyir və hər zaman orjinallığı ilə seçilən Şam ağacları qurmağa çalışırlar. Belə ki, Biblos şəhərində qurulan Şam ağacı dünyanın ən gözəl şam ağacları arasında 10-cu seçilmişdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə