Çəkisini ideal vəziyyətdə saxlamaq istəyi müasir Avropa qadının xoşbəxtlik anlamı haqqında reytinqdə birinci yeri tutub. SİA-nın məlumatına görə, Bi-Bi-Si radiostansiyasının yaydığı xəbərə görə, Avropa İttifaqında keçirilən sosioloji tədqiqat göstərib ki, qadınlar qəddi-qamətləri ilə bağlı qayğıları hətta kişilərlə münasibətlərdən üstün tuturlar.
İttifaqın qadın sakinlərinin əksəriyyətinin fikrincə, artıq çəki problemi ideal kişi ilə tanış olmaq məsələsindən də öndədir.
Tədqiqatın nəticələrinin təhlilində iştirak edən professor Pem Sparr deyib: "Avropalı qadınlar üçün bədən çəkisi məsələsi həyatı vacib məsələlər sırasında birinci yeri tutur. Bu, ilk növbədə, müasir Qərb sivilizasiyasının xüsusiyyətlərindən irəli gəlir. Çünki indi qadın gözəlliyi onun qədd-qaməti əsasında qiymətləndirilir. Elə vəziyyət yaranıb ki, artıq çəkisi olan adamlar cəmiyyət tərəfindən yaxşı qəbul olunmur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB