Rusiyanın prezidenti Vladimir Putin Sankt-Peterburq Uşaq Musiqi məktəbində təhsil alan Andreeva Anastasiya Piskuna gitara hədiyyə edib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin vitse-spikeri Vladimir Kirillovun mətbuat xidməti məlumat verib.
Məlumata görə, musiqi məktəbində təhsil alan qız 7 yaşından gitarada ifa etməyə başlayıb. Anastasiya bir sıra bbeynəlxalq festivall və müsabiqələrin qalibi olub. O uzun müddət idi ki, ifa etdiyi musiqi alətini daha peşəkarı ilə əvəz etmək arzusunda idi. Arzusu ilə bağlı dövlət başçısına müraciət edən Anastasiya hədiyyətə görə dövlət başçısına təşəkkürünü bildirib: “ Arzumu reallaşdırdığına görə, prezident Vladimir Putinə təşəkkürümü bildirirəm. Mənim məqsədim müsiqi məktəbində yaxşı oxumaq, müxtəlif müsabiqələrdə qalib gəlməkdir. Musiqi alətini qoruyacam”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB