Avtomoatlaşdırma və robotların tətbiqi 2030-cu ilə qədər 800 milyon insanın işsiz qalmasına səbəb olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu faktın texnologiyanın inkişafına maliyyə ayıran varlı ölkələrə daha çox təsir edəcəyi bildirilir.
MakKinsi Qlobal İnstutu tərəfindən 46 ölkədən 800 peşə sahibləri arasında aparılan araşdırma zamanı məlum olub ki,
46 ölkədə arasında 800 peşə nümyaəndəsi arasında aparılan araşdırmaya əsasən, məlum olub ki, robotlar dünyadakı işçilərin beşdə birinin yerini alacaq.
ABŞ və Almaniyada bu rəqəm üçdə birinə çatacaq. Bundan ən çox zərər çəkənlər kompüter operatorları, qida və yeyinti sənayesində çalışanlar olacaq.
Avtomatlaşdırmaya az maliyyə ayıran, kasıb ölkələrin bundan o qədər də çox əziyyət çəkməyəcəkləri bildirilir. Eyni zamanda bu faktın həkim, hüquqşünas, müəllim, barmen və daim insanlarla təmasda olan prşə sahiblərinə təsir etməyəcəyi açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB