Regionlarda İKT-nın inkişafı ilə bağlı layihəyə start verilib

Regionlarda İKT-nın inkişafı ilə bağlı layihəyə start verilib
Regionlarda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ilə bağlı Gənclər və İdman Nazirliyi, USAID, Counterpart Azerbaijan-ın dəstəyi ilə "İrəli" İctimai Birliyi və Azərbaycan Könüllülər İctimai Birliyi, "Gənc Liderlərin Şəbəkələşmə Bacarıqlarının Artırılması" layihəsinin həyata keçirilməsini planlaşdırır. " İrəli" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, bu layihə yalnız regionlardan olan gənclərimiz üçün nəzərdə tutulub.

Layihə noyabr və dekabr aylarında müəyyən edilən 4 zona üzrə keçiriləcəkdir. Layihə Sabirabad, İmişli, Şirvan (1-4 noyabr), Şəki, Zaqatala, İsmayıllı (15-18 noyabr), Gəncə, Qazax, Gədəbəy (6-9 dekabr), Sumqayıt (20-23 dekabr) şəhərlərini əhatə edəcək. Hər təlimə qeyd olunmuş regiondan olan 30 iştirakçı qatılacaq. Təlimlərin əsas mövzusu internet şəbəkələşmə, internet media və PR dan səmərəli istifadə, internet üzərindən komanda işinin təşkili, bloqlarla və sosial şəbəkələrlə müstəqil şəkildə effektiv fəaliyyət və layihələrin yazılması və idarə edilməsi olacaq. Zonal təlimlər yekunlaşdıqdan sonra isə gələn ilin əvvəlində bu təlimlərdə iştirak edən 120 nəfərin iştirakı ilə "Gənc Liderlər üçün Yaz Universiteti" keçiriləcək.

Layihədə iştirak etmək istəyən şəxslər "İRƏLİ" rəsmi saytından (http://ireli.az/announcements/20101008120302309.html) işitrakçı ərizə formalarını tamamlayaraq 25 Oktyabr 2010 tarixinə qədər [email protected] ünvanına göndərməlidirlər. "Gənc Liderlərin Şəbəkələşmə Bacarıqlarının Artırılması" layihəsi barədə ətraflı məlumat üçün: http://ireli.az/announcements/20101008120302309.html

Qeyd edək ki , "Gənc Liderlərin Şəbəkələşmə Bacarıqlarının Artırılması" layihəsində yalnız göstərilən zonada yaşayan şəxslər iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə