Əfsanəvi liderin yeni kitabı işıq üzü görüb

Əfsanəvi liderin yeni kitabı işıq üzü görüb

Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandelanın yeni kitabı çapdan çıxıb. SİA-nın məlumatına görə, "Özümlə söhbətlər" adlanan kitab 20 dilə tərcümə edilərək 22 ölkədə eyni anda satışa çıxarılıb.

İqrçiliyə qarşı mübarizəsi ilə dünyada məşhur olan Mandela bu kitabında xatirələrini qələmə alıb. Kitabın ən diqqətçəkən cəhəti isə 92 yaşlı əfsanənin öz səhvləri və zəiflikləri ilə üzləşməsidir.

Kitabın ön sözünü ABŞ prezidenti Barak Obama yazıb. Obama "yazılan tarixin altında elə bir adam var ki, o, qorxunu ümidə, keçmişdəki həbs illərini uğura çevirdi" deyə başladığı ön sözü bu cümlə ilə bitirib: "O bir əfsanə də olsa, insan tərəfini tanımaq daha çox hörmət oyandırır".

Mandela kitabında uşaqları çıx sevdiyini, unlarla oynamaqdan, söhbət etməkdən, nağıl danışmaqdan və çimməkdən həzz aldığını yazır. Əfsanəvi lider kitabını "Əsla bir müqəddəs olmadım, amma səy göstərməyə davam edən bir günahkaram" sözləri ilə tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə