Nyu-Yorkda Milad bayramının rəmzi olan Şam ağacının işıqlandırma mərasimi keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mərasim ənənəvi olaraq Manhatan şəhərində yerləşən Rockefeller Plazada baş tutub. Mərasimdə 50 min lampadan ibarət çələnglər yandırılıb və bayram konserti təşkil olunub.
Konsertdə Gven Stefani, Pentatonix kollektivi, Cenifer Nettlz və digərləri daxil olmaqla ABŞ-ın bir çox məşhur ulduzları öz musiqilərini səsləndiriblər. 85 dəfə həyata keçirilən tədbirdə Nyu-Yorkun meri Bill de Blazio simvolik keçidi basmaqla Milad bayramının rəmzi olan Şam ağacının işıqlarını yandırıb.
Məlumata görə, Şam ağacının diametri 2.8 metr, çəkisi 250 kiloqramdır. Ağac 25 min Avstriya istehsalı olan Swarovski kristallarından ibarətdir. Ağacın hündürlüyü 23 metr, ağırlığı isə 13 tondur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB