Bu gün ev heyvanlarının bayramıdır

Bu gün ev heyvanlarının bayramıdır

Hər il 30 noyabr tarixi Ümumdünya ev heyvanları günü kimi qeyd edilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bayramla bağlı ideya 1931-ci ildə Florensiyada (İtaliya) keçirilmiş Beynəlxalq Təbiəti Mühafizə Hərəkatının Beynəlxalq Konqresində irəli sürülüb. Daha sonra müxtəlif ətraf mühit təşkilatları və təbiət mühafizəsi cəmiyyətləri insanlarda ev heyvanları ilə bağlı məsuliyyət hissi yaratmaq məqsədilə müxtəlif kütləvi tədbirlər təşkil etməyə hazır olduqlarını bəyan ediblər.

O dövrdən başlayaraq hər il bu bayram qeyd edilir və bütün ev heyvanlarına həsr olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə