2017-ci ilin gözəli CAR təmsilçisi oldu

2017-ci ilin gözəli CAR təmsilçisi oldu

Las-Veqasda keçirilən Beynəlxalq Gözəllik Müsabiqəsinin qalibi CAR təmsilçisi olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 22 yaşlı Demi-Li-Nel-Pitersin fikrincə insanda ən böyük gözəllik özünəgüvəncdir. Yeni "dünya gözəli" bildirib ki, müsabiqə iştirakçıları öz qorxularını aradan qaldırmalı və digərlərinə də bunu etməyə yardım etməlidirlər.

Qeyd edək ki, sözügedən yarışma ən prestijli müsabiqələrdən sayılır. Müsabiqənin qalibi qiymətli tac, reklam müqaviləsi və Nyu-Yorkda bir illik yaşamaq hüququ qazanır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə