34 yaşlı rəssam 2600 hava şarından otaq düzəldib...

34 yaşlı rəssam 2600 hava şarından otaq düzəldib...

ABŞ-ın Yuta ştatından olan 34 yaşlı rəssam Cerem Telford müxtəlif rəngli 2600 hava şarından otaq düzəldib.

AZƏRTAC xəbər verir ki, bunun üçün gənc rəssam beş günə yaxın vaxt sərf edib. İş prosesində “inşaat materialları”nın üfürülməsi üçün əl nasosundan istifadə olunub. Otaqdakı bir çox əşyalar, o cümlədən bufet, çilçıraqlar, kreslo, hətta içərisi alma ilə dolu meyvə qabları da şarlardan hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə