Canlı "Barbi" FOTOLAR

Bütün qızların uşaqlıqda ən çox sevdikləri oyuncaq gəlincik olur. Onların arasında ən məşhuru isə “Barbi” gəlinciklərdir. Lakin “Barbi” gəlinciyinin canlısı da var imiş. SİA sizləri canlı “Barbi” ilə tanış edəcək:

Belə ki, bu qıza baxdıqda o həqiqətən də “Barbi” gəlinciyini xatırladır. Buna görə də ailəsi qızı pis hadisələrdən qorumaq üçün onu tək heç yerə buraxmır.

“ Valideynlərim uşaqlıdan məni həqiqi şahzadə kimi böyüdüblər. Məni heç zaman evdən çıxmağa və oğlanlarla dostluq etməyə qoymayıblar. Ona görə də mən canlı gəlincik oldum və həqiqi həyatla uyğunlaşmıram. Valideynlərim uşaqlıqdan məni “ Barbi” deyə çağırıblar. Məndə artıq buna proqramlaşdırılmışam deyə bilərəm”- deyə, Anjelika bildirib.

Qızın 26 yaşı olsa da, onun geyinməsinə hələ də anası yardımçı olur. Onu ailəsi çöldə qadınlara qarşı hücumların olması ilə qorxudurlar. Amma əslində valideynləri onu təhlükələrdən qorumamağa çalışırlar. Anjelika yalnız mühafizənin müşayiəti ilə hərdən gəzməyə çıxır.

Qız nə qədər gözəl olduğunu özü də dərk edir və bu hiss ona sevinc bəxş edir. Valideynləri ona ideal bədən formasını saxlaması üçün düzgün qidalanmağa və idmanla məşğul olmağa məcbur edirlər.

Lakin qız hamı kimi sadə həyat yaşamağı istəyir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə