Kəlküttə Tibb Kollecinin həkimləri hindistanlının mədəsindən 5 santimetr uzunluğuna malik olan 639 ədəd mismar çıxarıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mismarların ümumi çəkisi 1.3 kiloqram olub.
Kişi xəstəxanaya ürəkbulantısı və mədəsində kəskin ağrılarla müraciət edib. Endoskopiya müayinəsindən sonra xəstənin mədəsinin mismarlarla dolu olduğu müəyyən edilib. İki saatlıq əməliyyat zamanı cərrahlar xəstənin mədəsini 10 santimetr uzunluğunda kəsərək oradakı mismarları maqnit köməkliyi ilə çıxara biliblər. Həkimlərin sözlərinə görə, mismarlar xəstənin digər orqanlarına heç bir ziyan vurmayıb.
Qeyd edək ki, xəstə şizofreniya xəstəliyindən əziyyət çəkir. Hazırda o, həkimlərin nəzarəti altında saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB