Beyninizin sağlamlığını qorumaq üçün ondan istifadə etmək lazımdır. Bu, hamıya aydındır. Amma bunu necə etmək olar?
Texas Universitetinin mütəxəssisləri bu suala cavab tapmağa çalışıblar. 220 nəfər 60 yaşdan yuxarı adamı bir qrup halında toplayıb, onlara maraqlı həyat tərzi yaşadıblar. Bütün qrupun üzvləri 3 ay boyunca həftədə 15 saat ərzində zehni fəaliyyət ilə məşğul olublar. Bəziləri klassik musiqiyə qulaq asıb, bəziləri krossvord və tapmaca ilə məşğul olub, bəziləri bir-biri ilə söhbət edib, bəziləri qrup halında təbiət qoynunda gəzib, bəziləri isə yeni bilgilər əldə etməyə çalışıblar.
3 aydan sonra alimlər qrup üzvlərini testdən keçiriblər.
Nəticələr isə belə olub ki, ancaq təzə nəsə öyrənənlərin beyni bu müddət ərzində inkişaf edib.
"Beyni aktiv saxlamaq bəs etmir, mütləq yeni nə isə öyrənmək və öyrəndiklərimizi tətbiq etmək lazımdır"- deyə, təcrübənin rəhbəri Denis Park qeyd edib.
Alimlər məsləhət görür ki, beynimizi qorumaq və inkişaf etdirmək üçün gündəlik həyatımızda nə isə yeni bir şey öyrənməyə çalışmalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB