O, 44 ildir qolunu havada saxlayır FOTO

O, 44 ildir qolunu havada saxlayır FOTO

Yeni Delhidə yaşayan Mahant Amar Bharti Ji adlı hindistanlı məhv və diriliş tanrısı Şivaya sitayiş üçün artıq 44 ildir qolunun birini havada saxlayır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, gördüyü yuxudan sonra özünü tanrı Şivaya həsr etməyə qərar verib. 1973-ildən sağ qolunu havada saxlayan Mahant Amar Bharti Ji bu işə başlamazdan 3 il əvvəl ailəsini, dostlarını və peşəsini tərk edərək yalnız dinlə məşğul olmağa başlayıb.

Çəkdiyi əziyyətə və qolundakı deformasiyaya baxmayaraq, Amar Brahti Jİ bunu edərkən içində bir rahatlıq hiss etdiyini söyləyib.

Hindistan xalqı isə ona müqəddəs bir varlıq kimi baxır.

Müəllif: Fəxriyyə Mahmudova

Bütün xəbərlər Facebook səhifəmizdə