"Bakı Metropoliteni” QSC yeni təmir olunmuş qatarları təqdim edib.
SİA-nın verdiyi məlumata görə, bununla bağlı qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev öz "Facebook" hesabında paylaşım edib.
Yeni qatarlar nəzərəçarpacaq dərəcədə dəyişilib, vaqonlar retro üslubuna işlənilib, işıqlandırma sistemi dəyişilib, oturacaqlara dəri örtük çəkilib. Təmir olunmuş qatarları görən vətəndaşlar onu "VİP qatarlar” adlandırıblar.
Yaxın zamanlarda qatarlar ümumi istifadəyə veriləcək.
Qeyd edək ki, qatarlar təmir edilsə də, kondisioner əlavə olunmayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB