Apple şirkəti 625,5 milyon dollar cərimə olunub

Apple şirkəti 625,5 milyon dollar cərimə olunub

Apple Mirror World LLC şirkətinın patent hüquqlarını pozduğuna görə 625,5 milyon dollar dəyərində cərimə olunub. Xatırladaq ki, Mirror World LLC Apple şirkətini 2008 ildə məhkəməyə verib və onu patent hüquqlarını pozmasında ittiham edib. SİA-nın məlumatına görə, məhkəmənin qərarına əsasən, Apple şirkəti üç patentin pozmasında günahkar bilinib və hər patentə görə 208,5 milyon dollar dəyərində cərimə ödəməlidir.

Qeyd edək ki, bu günlərdə Apple şirkərinin hüquqşünasları məhkəməyə müraciət ediblər, iki patent üzrə mübahisələrin hələ davam etdiyini və ən azı 417 milyon dollar dəyərində cərimə qərarının vaxtından əvvəl çıxarıldığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə