Almaniyada artıq itlərə də pensiya ayrılacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Berlin polisi yeddi il yeddi ay ərzində hüquq-mühafizə orqanlarına xidmət edən itləri təqaüdə çıxaracaq. Təqaüdə çıxan itlərə hər ay 1.400 avro pul veriləcək. Bu pul onların bəslənmələri və sığınacaqları üçün istifadə olunacaq.

Qeyd edək ki, Berlin polisinə xidmət edən itlər bir sıra cinayətlərin üzərini açmaqla yanaşı, narkobizneslə mübarizədə də mühüm rol oynayırlar.

Müəllif: Fəxriyyə Mahmudova

Bütün xəbərlər Facebook səhifəmizdə