MeTro adı verilən yeni yapışqan qanaxmanı dayandıraraq yaranı sağaltmaq xüsusiyyətinə malikdir. SİA-nın xəbərinə görə, yapışqanın tərkibinə ultrabənövşəyi işığın təsiri altında orqan toxumaları ilə müqayisədə daha möhkəm materiala çevrilən zülallar daxildir. MeTro yapışqanı yaraya vurduqda bir dəqiqə ərzində o, tədricən yaraya sovrulur və parçalanmış toxumaları bərpa edərək birləşdirir.
Bu yapışqanı fövqəladə hallar, avtomobil qəzaları və yaxud döyüş əməliyyatları zonalarında istifadə etmək olar.
Alimlər hələlik sözügedən materialı laboratoriya donuzları üzərində sınaqdan keçiriblər.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB