Dünyanın ən yüksək teleqülləsi istifadəyə verilib

Dünyanın ən yüksək teleqülləsi istifadəyə verilib

Dünyada əhalinin ən sıx olduğu Çinin cənubundakı Quancou şəhərində dünyanın ən yüksək teleqülləsi istifadəyə verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 6 ilə tikilən qüllə 600 metr hündürlüyündədir və təxminən 450 milyon dollara başa gəlib.

 

Xüsusi seysmik dizayn ilə inşa edilən qüllə rixter cədvəli üzrə 8,6 ballıq zəlzələlərə davamlıdır. İstismar müddəti 100 ildən çox nəzərdə tutulan qüllə 100 ildən bir qeydə alınan ən güclü qasırğalara qarşı dayanacaq dizaynda tikilib.

Bütün xəbərlər Facebook səhifəmizdə