Məlumdur ki, müntəzəm streslər immun sistemi hüceyrələrinin əslində mövcud olmayan xəstəliklərə qarşı mübarizəyə başlamasına səbəb olur.
İşdə çəkişmələrlə bağlı streslər ilk növbədə ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxarır. Heç nəyi başa düşmək istəməyən müdiriyyətlə gərgin şəraitdə ağır iş isə hətta immun sistemində genetik dəyişikliklər doğura bilər.
ABŞ-ın Ohayo Universitetinin alimləri işdə tez-tez əsəbiləşən adamların qan nümunələrini tədqiq ediblər. Mütəxəssislər bu nümunələri eksperiment məqsədilə qəsdən stress vəziyyətinə salınmış laboratoriya gəmiricilərinin qan nümunələri ilə müqayisə ediblər. Nəticədə alimlər əslində mövcud olmayan xəstəliklərlə mübarizə aparan iltihablaşmış hüceyrələrin meydana çıxdığını aşkar ediblər.
İmmun sisteminin iltihablaşan hüceyrələri ilk növbədə ürəyin, qan damarlarının və qaraciyərin fəaliyyətinə mənfi təsir göstərir. Qeyd etmək lazımdır ki, streslər də orqanizmi gün ərzində çəkilmiş beş siqaret qədər zəiflədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB