Məlum olduğu kimi, Neyrofizioloq alimlər ilk dəfə olaraq siçovulun beynində ölümqabağı fəallığın sönməsi prosesini izləyə biliblər. Bu tədqiqat “tunelin sonundakı işığın”, habelə ölüm məqamında baş verən digər həyəcanların təbiətini müəyyən etməyə kömək göstərəcəkdir.
Miçiqan ştatı universitetindən (Enn-Arbor şəhəri, ABŞ-dan) alim Cimo Borcigin deyir: “Bizim eksperimentimiz ölməkdə olan beynin neyrofizioloji vəziyyətini nəzərdən keçirmək üçün apardığımız ilk tədqiqatdır. Gələcəkdə o, insanların iştirakı ilə tədqiqatlar aparılmasının, habelə ürək dayandıqdan sonra işığı görmənin səbəblərinin və digər ölüm həyəcanlarının öyrənilməsinin elmi əsasını qoymağa kömək edəcəkdir”.
Borciginin və onun həmkarlarının fikrincə, klinik ölüm vəziyyətində insanlarda parlaq obrazlar yaranmasının səbəbi onlarda neyronların fəallığının son dərəcə artmasıdır. Alimlər elektroensefaloqrafın köməyi ilə siçovulların beynini müşahidə nəticəsində belə qənaətə gəlmişlər. Alimlər beyin dalğalarının iki tipini – beyində yuxugörmə və meditasiya ilə bağlı olan qamma və teta dalğalarını müşahidə etmişlər.
Bioloqlar ensefaloqrafı siçovulun başına qoşmuş və üç vəziyyətdə - ürəyi süni şəkildə dayandırmaqla klinik ölüm, anesteziya və oyanma zamanı neyronların fəallığını qeydə almışlar. Alimlərin bildirdiklərinə görə, qəribədir ki, üzərində təcrübə aparılan gəmiricilərin hamısında eyni hal müşahidə edilmişdir: onların ölümündən təxminən yarım dəqiqə sonra gəmiricinin beynində aktivlik “partlayışı” baş vermişdir. Neyronlarda impulsların tezliyi kəskin şəkildə artmış, beynin bəzi bölmələri isə bir-biri ilə sinxronlaşmışdır.
Alimlər beynin belə fəallaşmasının dəqiq səbəbini hələlik izah edə bilmirlər. Lakin onların fikrincə, bu fenomen müxtəlif qarabasmaların, habelə “tunelin sonunda görünən işığın” səbəbi ola bilər. Beyində qamma və teta dalğalarının yarandığı sahələrin işinin sinxronlaşması çox güclü və real qarabasmaların meydana çıxmasına səbəb ola bilər. Gələcəkdə bioloqlar bu fərziyyəni yoxlamaq üçün artıq insanların iştirakı ilə təcrübələr aparmağı planlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB