Toylarını avtobusda etdilər FOTO

New-York sakinləri Kara Mullins və Osvaldo Ximenez toylarını avtobusda keçiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cütlüyü onlara görə Universal Həyat Kilsəsinin keşişi olan dostları evləndirib.

Toy mərasimində 50 qonaq və təsadüfi sərnişinlər iştirak edib. Toy NY1 televiziya kanalı tərəfindən yayımlanıb.

Qeyd edək ki, Kara Mullins və Osvaldo Ximenez 13 il bundan öncə eyni marşrutda görüşüblər. NY1 televiziya kanalına müsahibə verən bəy toyun qeyri-adi ideyasının ona məxsus olduğunu və gələcək həyat yoldaşı tərəfindən isə isti qarşılandığını deyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə