İngiltərəli 58 yaşlı Toni Uestavey təyyarəyə yerləşmədiyi üçün 2 dəfə arıqlayaraq 160-dan 80 kiloqrama düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2015-ci ildə məzuniyyəti zamanı tətil etmək qərarına gələn Toni səyahətinin ilk anından problemlə üzləşir. Aviaşirkətin əməkdaşları uzun müddət onu təyyarəyə oturda bilməyiblər. İlk növbədə köklüyünə görə kəməri bağlanmayan Toninin daha sonra ayaqları oturacağa yerləşməyib. Onun yerləşdirilməsi üçün bütün uçuş heyəti kömək etməli olub. Hadisədən böyük utanc hissi keçirən 58 yaşlı ingiltərəli evə qayıtdıqdan sonra arıqlamaq üçün müsabiqəyə qatılmaq qərarına gəlir. Müsabiqə sayəsində Toni 80 kiloqram arıqlayıb. Onun sözlərinə görə, arıqlamağının əsas sirri düzgün qidalanmağı olub. Həkimlərin sözlərinə görə isə Toni arıqlamaqla ömrünü 20 il uzatmış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB