Prezidentin maşını satışa çıxarıldı

Prezidentin maşını satışa çıxarıldı

Rusiyanın ilk prezidenti Boris Yeltsin tərəfindən istifadə edilən zirehli limuzin Mercedes-Benz S-Class (W140) Sankt-Peterburqda satışa çıxarıldı. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sahibkar 19 min rubldan baha və 60 min kilometr dən artıq sürülməyən mavi rəngli avtomobil istəyir.

Qeyd edək ki, satışa çıxarılan avtomobilin buraxılış ili 1994-cü ildir. O, avtomatik transmissiyaya malikdir. Mühərrikinin gücü 320 at gücü olan avtomobilin heç bir təmirə ehtiyacı yoxdur.

Satıcının sözlərinə görə, Boris Yeltsin bu avtomobildə rəsmi və qeyri-rəsmi görüşlərə gedib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə