Qara şokolad insult və ürək-damar xəstəliklərinə qarşı faydalıdır

Qara şokolad insult və ürək-damar xəstəliklərinə qarşı faydalıdır

Alimlər həmişə əmin olublar ki, şokolad sağlamlıq üçün faydalıdır. Aberdin Universitetinin (Şotlandiya) bir qrup alimi tərəfindən aparılmış yeni tədqiqat bunu bir daha sübut edib. Kompleks araşdırma göstərib ki, şokolad hər şeydən əvvəl kişilərin sağlamlığı üçün faydalıdır.

Eksperimentlər təsdiq edib ki, şokolad kişi orqanizmi tərəfindən daha yaxşı mənimsənilir və beləliklə, daha müsbət nəticə verir. Məlumdur ki, qara şokolad insult və ürək-damar xəstəliklərinin profilaktikası üçün faydalıdır. Bu xəstəliklərdən belə qorunma isə kişilərdə özünü daha yaxşı büruzə verir.

Eksperimentdə cəmi 26 qadın və 16 kişi iştirak edib. Eksperiment göstərib ki, bir neçə şokolad tikəsi həm kişilərdə, həm də qadınlarda qan dövranı prosesini normallaşdırır.

Lakin qadınlarda iki saatdan sonra bu effekt itir, kişilərdə isə 4 saata qədər davam edir.

Kakaonun tərkibində olan flavanol maddələri arteriyaların funksiyasına müsbət təsir göstərir. Şokoladın insan orqanizminə müsbət təsiri məhz bununla şərtlənmişdir. Bu maddə sayəsində damarlar daha yaxşı boşalır, damarlarda dövr edən angiogen hüceyrələrinin miqdarı isə ikiqat artır. Bunun sayəsində damarlar daha sağlam olur, ürək-damar sistemi xəstəliklərindən ölüm halları riski azalır.

Aparılmış son tədqiqatın məlumatına görə, yeməkdə şokoladdan istifadə edilməsi trombositlərin birləşməsinə mane olur ki, bu da öz növbəsində trombların əmələ gəlməsinin – damarların tutulmasına, infarkta və insulta gətirib çıxara biləcək qan laxtalanmalarının qarşısını alır.

Bütün xəbərlər Facebook səhifəmizdə